IQNA

İŞİD Livan əsgərlərini zəhərləmək istədi

11:58 - September 28, 2018
Xəbər sayı: 3483963
“Terrorçu Livan vətəndaşıdır. Lakin onun Suriyadakı İŞİD terrorçu liderləri ilə əlaqəsi ifşa olub. İstintaq davam etdirilir və bu işdə əli olan hər kəs cəzalandırılacaq”, - deyə məlumatda qeyd olunur.

İŞİD Livan əsgərlərini zəhərləmək istədiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD terrorçu qruplaşması Livan ordusu üzvlərini zəhərləmək istəyib.   Bu barədə Livan Müdafiə Nazirliyi məlumat yayıb.  

Məlumatda vurğulanır ki, ələ keçən İŞİD terrorçularından biri ifadəsində Livan ordusunun istifadə etdiyi içməli suya zəhərli maddə qatmaq istədiklərini etiraf edib.  

“Terrorçu Livan vətəndaşıdır. Lakin onun Suriyadakı İŞİD terrorçu liderləri ilə əlaqəsi ifşa olub. İstintaq davam etdirilir və bu işdə əli olan hər kəs cəzalandırılacaq”, - deyə məlumatda qeyd olunur.

 http://eastnews.az/news/29214

captcha