İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İŞİD təkfirçi terrorist qruplaşmasının üzvləri İraqın Mosul şəhərinin yaxınlığına iki nəfəri edam ediblər.
İraqın Neynəva əyalətinin təhlükəsizlik qüvvələrinin verdiyi məlumata əsasən, bu gün, həftənin ikinci günü, 4 Dekabr 2018-ci il, İŞİD terrorçuları iki iraqlı sivil vətəndaşı Mosulun qərbində təhlükəsizlik qüvvələri ilə həmkarlıq etdiklərinə görə edam ediblər.
Əhməd əl-Übeydi elan edib ki, İŞİD təkfirçi terrorist qruplaşması bu gün (həftənin ikinci günü, 4 Dekabr 2018-ci il) Mosulun qərbində yerləşən Səncar şəhərinin Üveynat kəndində zorla evlərə soxularaq iki sivil vətəndaşı Neynəva polisi və təhlükəsizlik qüvvələri ilə həmkarlıq etdiklərinə görə güllələyiblər.