IQNA

Küveytdə "kiçik xətib" yarışları keçiriləcək

8:37 - March 10, 2019
Xəbər sayı: 3484819
"Kiçik xətib" yarışı Küveytin Məscidlər idarəsinin təşəbbüsü və "Qurani-Kərim Elmlərinə Xidmət Xeyriyyə Təşkilatının həmkarlığı ilə doqquz ildir ki, keçirilir. Yarışların hədəfi gələcək üçün xətib hazırlamaqdır.

Küveytdə İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Küveytdə azyaşlı uşaqlar və yeniyetmələr arasında "kiçik xətib" yarışı keçiriləcək.

Bu yarışın seçim mərhələsi 9-12 yaşlı oğlan uşaqları arasında Mart ayının 23-də Ğəmlas Quran Mərkəzində keçiriləcək.

İslam cəmiyyətində xütbənin əhəmiyyətini nəzərə alaraq gələcək üçün xətiblərin yetişdirilməsi hədəfi ilə həyata keçirilən bu yarışda iştirak etmək istəyənlər WhatsApp sosial şəbəkəsi vasitəsi ilə şəxsiyyət vəsiqəsinin şəkilini yarışların keçirilməsi idarəsinə göndərməlidir. Yarış üçün hazırlanan xütbə 5 dəqiqədən çox olmamalıdır.

Yarışlarda ilk 10 yeri qazanan iştirakçılara nəfis hədiyyə və mükafatlar veriləcək.   

"Kiçik xətib" yarışı Küveytin Məscidlər idarəsinin təşəbbüsü və "Qurani-Kərim Elmlərinə Xidmət Xeyriyyə Təşkilatının (Huffaz) həmkarlığı ilə doqquz ildir ki, keçirilir.

http://iqna.ir/fa/news/3796539  

Teqlər: iqna ، xətib ، küveyt
captcha