IQNA

Bakıda Halal məhsulların sərgisi keçirilir

14:40 - July 16, 2019
Xəbər sayı: 3485519
Bakıda Dünya İslam Kulinariya Konqresi keçirilir. Konqres Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın birgə təşkilatçılığı ilə baş tutub. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "maide.az" informasiya portalına istinadla verdiyi xəbərə görə, Bakıda "Dreamland Golf Club Baku" kompleksinin ərazisində Dünya İslam Kulinariya Konqresi keçirilir. 
Konqres Azərbaycan Dövlət Turizm Agentliyi Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasıın (AMKA) birgə təşkilatçılığı ilə baş tutub. 
AMKA prezidenti Tahir Əmiraslanov bildirib ki, konqresin keçirilməsində əsas məqsədlərdən biri Dünya İslam Kulinariya Birliyinin (WICS) ofisinin daimi olaraq Azərbaycana köçürülməsidir: "Bu tədbirdə 25 ölkə iştirak edir. Konqres çərçivəsində halal qida sərgisi, aşpaz və qənnadçıların İslam mətbəxi yarışları, WİCS kateqoriyalı münsif kursları, Dünya İslam Kulinariya təşkilatının II konfransı da keçiriləcək. Konfrans zamanı WİCS-in daxili məsələləri, proqramı, yeni layihələri müzakirə ediləcək".
 
O bildirib ki, eyni zamanda, tədbir zamanı halal sərgi də keçiriləcək. Halal sərgidə halal məhsul istehsal edən şirkətlər və məhsullar yer alacaq. 16-18 iyul tarixlərində şirkətlər məhsullarını sərgidə göstərə biləcək. 
Teqlər: iqna ، bakı ، halal qida
captcha