IQNA

ƏRBƏİN Dünya Mükafatının iştirakçıları üç dəfə çoxalıb

16:04 - September 29, 2019
Xəbər sayı: 3485892
ƏRBƏİN Mükafatı foto, film və səfərnamə yarışına İraq, Pakistan, İtaliya, Bosniya, Hersoqovina, Türkiyə, Azərbaycan, Hindistan, Livan, Oman, Suriya, Rusiya və Almaniyadan əsərlər göndərilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Təbliğat və Əlaqələr Təşkilatının mədəni həmkarlıqlar müavini Seyid Məhəmmədhüseyn Haşimi bu barədə mətbuat konfransında danışaraq deyib: Bu il öncəki illərə nisbətən ƏRBƏİN mükafatının keçirilməsi üçün daha çox əsərlər göndərilib. Beynəlxalq səviyyədə hazırlanan əsərlərin sayı həmişəkindən üç dəfə çoxdur.

O əlavə edib: V ƏRBƏİN Dünya Mükafatına 20-dən çox ölkənin incəsənət adamları film, foto və səfərnamə mövzularında hazırladıqları əsələrini göndəriblər. Əlbəttə təkcə komitə təkcə peşəkar incəsənət adamları deyil bütün İmam Hüseyn (ə) aşiqlərinin hazırladıqları əsərləri qəbul edib.  

İslami Təbliğat və Əlaqələr Təşkilatının mədəni həmkarlıqlar müavini bu mükafatda İraq, Pakistan, İtaliya, Bosniya, Hersoqovina, Türkiyə, Azərbaycan, Hindistan, Livan, Oman, Suriya, Rusiya və Almaniyadan əsərlər göndərildiyini bildirib.

O vurğulayıb: Mükafatın keçirilməsi komitəsinə göndərilən bütün əsərlər hakimlərin rəyi əsasında qiymətləndirilib, hər bölmənin beş seçilmiş əsəri üçün nəzərdə tutulan mükafatlar hazıdır.

Qeyd edək ki, Oktyabr ayının 1-də İran İslam Respublikasının İslami Təbliğat və Əlaqələr Təşkilatının təşəbbüsü ilə V ƏRBƏİN Dünya Mükafatının yekun mərasimi keçiriləcək.

ƏRBƏİN Dünya Mükafatı beynəlxalq səviyyədə keçirilən mədəni proqramdır. Bu proqramın hədəfi Aşura mədəniyyəti və maarifini yaymaq və İmam Hüseyn (ə) aşiqlərinin eşq cilvəgahını dünyaya nümayiş etdirməkdir.

http://iqna.ir/fa/news/3845698

Teqlər: iqna ، Ərbəin ، türkiyə ، azərbaycan ، iran
captcha