İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İsveçin şimalında yerləşən Pacala (Pajala) şəhərinin Korpilombolo kilsəsində müxtəlif dinlərin ardıcıllarının iştirakı ilə “Avropa Gecəsi Festivalı” mərasimi keçirilib.
Müxtəlif dinlərin və mədəniyyətlərin anılması hədəfi ilə keçirilən mərasimin “insanlıq üçün dua” proqramı çərçivəsində müsəlmanların Azanı səsləndirilib.
Kilsənin bu addımı 2005-ci ildə Danimarkada İslam peyğəmbərinin (s) karikaturasını çəkərək təhqir edənlərə cavab və bütün mədəniyyətlərə və dinlərə tolerantlıq elan etmək hədəfi ilə olub.