İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu axşam (29 Dekabr 2019) Amerika ordusunun dronları İraqın qərbində və Suriya sərhədində yerləşən əl-Qaim şəhərində Həşduş-Şəbənin 45 və 46 briqadları və “Hizbullah” tabarunun mövqelərini atəşə tutub.
Amerika ordusunun dronlarının hücumu nəticəsində onlarla əsgər yaralanıb və üç nəfərdən çox şəhid olub.
Bu hücumdan bir neçə dəqiqə sonra Amerikanın müdafiə nazirliyi İraqın Həşduş-Şəbi qüvvələrinin mövqelərini vurduğunu elan edib.
Amerikanın müdafiə nazirliyi bu addımı İraqın Həşduş-Şəbi qüvvələrinin koalisya qüvvələrinə etdiyin hücumun cavabı adlandırıb.