IQNA

Qasim Süleymani ilə şəhid olanların adları

23:41 - January 03, 2020
Xəbər sayı: 3486410
İraq informasiya qaynaqları Bağdadın hava limanında baş verən terror hadisəsində şəhid olanların adlarını açıqlayıb. Bu xəbər rəsmi mənbələr tərəfindən təsdiq və ya təkzib edilməyib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraq informasiya qaynaqları Bağdadın hava limanında baş verən terror hadisəsində şəhid olanların adlarını açıqlayıb. Bu xəbər rəsmi mənbələr tərəfindən təsdiq və ya təkzib edilməyib.

Amerikanın terror hücumu nəticəsində General Qasim Süleymani ilə birgə şəhid olanların adları:

1). Hacı Əbu Məhdi Mühəndis (İraqın Həşdi Şəbi qüvvələrinin rəis müavini).

2). Samir Abdullah (Şəhid İmad Müğniyənin kürəkəni).

3). Şəhid General Qasim Süleymaninin kürəkəni.

4). Məhəmmədrza Cabiri (Həşdi Şəbinin hava limanında qonaqları qarşılama heyətinin müdiri).

5). Həsən Əbdülhadi (Həşdi Şəbi üzvü).

6). Məhəmməd Şeybani (Həşdi Şəbi üzvü).

7). Heydər Əli (Həşdi Şəbi üzvü).

https://iqna.ir/fa/news/3868576

captcha