IQNA

İraqı "əl-Bələd" hərbi hava qüvvələri bazası vuruldu

22:59 - January 12, 2020
Xəbər sayı: 3486485
Bu gün, 12 Yanvar 2020, axşam saatlarında Amerika hərbi qüvvələrinin də olduğu İraqın Səlahuddin vilayətinin "əl-Bələd" hərbi hava qüvvələri bazasına beş ədəd Katyuşa raketi atılıb.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, xarici informasiya portalları İraqın Səlahuddin vilayətinin "əl-Bələd" hərbi hava qüvvələri bazasına beş raket atılıb.

Bu gün, həftənin Bazar günü, 12 Yanvar 2020, axşam saatlarında Amerika hərbi qüvvələrinin də olduğu İraqın Səlahuddin vilayətinin "əl-Bələd" hərbi hava qüvvələri bazasına beş ədəd Katyuşa raketi atılıb.  

Bu xəbəri hələki heç bir rəsmi mənbə təsdiqləməyib və heç bir qrum belə bir hücumun məsuliyyətini üzərinə almayıb.

Bəzi xəbər qaynarları bu raketlərin bazanın eniş zolağına və bir restoranına dəydiyini elan ediblər.  

Qeyd edək ki, bu hərbi hava bazasında əsasən Amerika əsgərləri yerləşir. Hücum zamanı isə dörd iraqlı əsgərin də yaralandığı deyilir.   

https://iqna.ir/fa/news/3871111

 

captcha