IQNA

ABŞ İŞİD terrorçularını yenidən İraqa qaytarır

21:21 - January 19, 2020
Xəbər sayı: 3486522
Amerika Suriyada məğlubiyyətə uğramış İŞİD terror qruplaşmalarının başçılarını İraqın qərbində "Vadi Huran" rayonuna yerləşdirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Amerika Suriyada məğlubiyyətə uğramış İŞİD terror qruplaşmalarının başçılarını İraqın qərbində "Vadi Huran" rayonuna yerləşdirib.

İraqın "əl-Ənbar" vilayətinin "Bədr" təşkilatı ofisinin bu barədə verdiyi məlumata görə, Amerikanın hərbi hava qüvvələri İŞİD başçılarının İraqa soxulmasına kömək ediblər.

"əl-Ənbar" vilayətinin "Bədr" təşkilatı ofisinin rəisi Qüsəy Ənbari deyib: Həşduş-Şəəbi qüvvələri "qələbə iradəsi" əməliyyatının birinci və ikinci mərhələsində İŞİD terrorçularını "Vadi Huran" və "Qərb Səhrası" rayonlarından təmizləsələr də Amerikalılar İraqlıları bu əraziyə daxil olmağa qoymadılar və yenidən İŞİD terrorçularının əraziyə girişini asanlaşdırdılar.

O əlavə edib: Amerika hərbi hava qüvvələri İŞİD-in xarici kimliyi olan rəhbərlərini Suriyadan İraqın əl-Ənbar vilayətinə keçirir. Amerikalılar İraqın indiki vəziyyətində iğtişaşları çoxaltmaq və sabitliyi pozmaq üçün İŞİD başçılarını və terrorçuları yeni adlar və kimliklər ilə İraqa gətirirlər.  

https://iqna.ir/fa/news/3872564

Teqlər: İraq ، İŞİd ، suriya ، iqna
captcha