IQNA

Ərdoğan: "Əsrin müqaviləsi" işğalçılıq layihəsidir

10:20 - January 31, 2020
Xəbər sayı: 3486592
Ərdoğan vurğulayıb: Qüds satılası mal deyil. Heç kim bu barədə həyasızlıq və ədəbsizlik etməsin. Heç kim ədəbsizlik və həyasızlıqla bizə "sizə nələrisə verək və siz də buranı (Qüds) bizə verin" deməsin!

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ötən axşamkı (30 Yanvar 2020) çıxışında terrorist Amerika dövlətinin prezidenti Donald Trampın "əsrin müqaviləsi" layihəsini açmasına işarə edərək bu layihəni işğalçılıq layihəsi adlandırıb.

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan vurğulayıb: "Əsrin müqaviləsi" işğalçılıq layihəsidir. Fələstin və Qüds bizim qırmızı xəttimizdir.

"Deyirlər ki, bu layihə "əsrin müqaviləsi"dir; Hansı müqavilə?! Bu layihə işğalçılıqdır", - deyə Ərdoğan əlavə edib.  

Ərdoğan vurğulayıb: Qüds satılası mal deyil. Heç kim bu barədə həyasızlıq və ədəbsizlik etməsin. Heç kim ədəbsizlik və həyasızlıqla bizə "sizə nələrisə verək və siz də buranı (Qüds) bizə verin" deməsin!

https://iqna.ir/fa/news/3875312

captcha