"Skay-Nyuz" informasiya portalının verdiyi məlumata görə, koronavirusa görə qapıları bağlanmış iki müqəddəs hərəminin qapıları dezinfeksiya işlərindən sonra bu gün, Cümə, 6 Mart 2020, yenidən açılıb.
Səudiyyə Ərəbistanı Məkkə şəhərindəki Məscidul-Həram və Mədində şəhərindəki "Məscidun-Nəbi (s)" hərəmlərini ziyarət etməyi xarici zəvvarlara və dünyanın 25 ölkəsinə qadağan elan edib.
Səudiyyə dövləti elan edib ki, iki müqəddəs hərəmin qapıları İşa (xüftən) namazından Sübh namazınadək bağlı olacaq və həmçinin Kəbənin təvafı və Mərvə və Səfa arasında "səy" əməli qadağandır.
Həmçinin koronavirusla mübarizə çərçivəsində təkcə Məscidul-Həramın daxilində camaat namazı qılanacaq.
Peyğəmbər (s) məscidində isə "Rövzətur-Rizvan" eyvanı (məscidin ən qədim hissəsi) və Bəqi qəbiristanlığı koronavirus problemi aradan götürülüncəyədək bağlı qalacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu ölkədə beş nəfərin koronavirusa yoluxduğunu elan edib.