IQNA

Amerikalı terrorçular Eynul-Əsədə soxuldular

17:57 - March 18, 2020
Xəbər sayı: 3486935
Tehran (IQNA) -  Amerikanın işğalçı və terrorçu hərbiçiləri üç gün öncə İraqın qərbində yerləşən "Eynul-Əsəd" hərbi bazasında yerləşib.

Ənbar vilayətinin "Bədr" təşkilatının dəftərxana rəisi bu barədə məlumat verərək bildirib ki, Amerikanın 101-ci terrorçu taboru "Eynul-Əsəd" hərbi bazasında yerləşdirilib.

Amerikanın xüsusi təyinatlılarından ibarət və "Coşğun Qartallar" adlanan 101-ci taboru hava bombardmanı əleyhinə zərbələr üçün xüsusi təlim görüblər.

Ənbar vilayətinin "Bədr" təşkilatının dəftərxana rəisi vurğulayıb ki, Amerika son günlərdə çox gizli şəkildə İraqa yeni həri qüvvələr yeridir və bu tabor da son zamanlarda ABŞ hərbi bazalarına edilən hücumlardan sonra köməkçi qüvvə kimi bura gətirilib.

İraqın təhlükəsizlik məsələləri üzrə müşahidəçi Abbas Ərdavi bu barədə deyib: Amerika 101-ci taboru İraqa öz əsgərlərinin ruhiyyəsini gücləndirmək üçün gətirib. Bundan əlavə ABŞ bununla "patriyot" hava hücumundan müdafiə sistemini quraşdırmaq üçün vaxt qazanmaq istəyir.

İraq xəbər qaynaqlarının məlumatına görə, Amerika bundan əlavə "Marinez" (dəniz piyadaları) adlanan qüvvələrini də Eynul-Əsəddə yerləşdirib.

İraqlı siyasətçilərin fikrincə Taci hərbi bazasına edilən hücum şübhəlidir. Bu hücum Amerika tərəfindən hazırlanıb. Bununla Həşduş-Şəəbi qüvvələrinə hücum etmək üçün bəhanə düzəltmək istəyib.  

3886379

captcha