IQNA

Koronavirusdan ölənləri necə dəfn edək?

10:15 - March 29, 2020
Xəbər sayı: 3486973
Tehran (IQNA) -  Ayətullah Üzma Seyyud Əli Sistani koronavirusdan ölənlərn yuyulması, kəfən və dəfn edilməsi barədə sualları cavablandırıb.

İraqın "Sumariya" xəbər portalının verdiyi xəbərə görə, şiələrin İraqın Nəcəf şəhərində yaşayan təqlid mərcəsi və müctəhidi Həzrət Ayətullah Üzma Seyyid Əli Sistani (Allah onu qorusun) koronavirusa yoluxaraq dünyasının dəyişlənlərin necə yuyulması, kəfən və dəfn edilməsi barədə sualları cavablandırıb.

Bu barədə verilən sualların cavablarında vurğulanıb ki, xəstəliyin yayılmamasının qarşısını almaq üçün lazım olan tədbirləri görmək və ehtiyat etmək şərti ilə ölənlərin qüsl, hənut, kəfən və dəfn edilməsi vacibdir.

Qüsl etmək mümkün olmadıqda təyyəmümü edilməsi lazımdır. Əgər təyəmmümə də imkan olmasa və ya dövlət tərəfindən qabaqlayıcı tədbirlər çərçivəsində buna maneə törədilsə, meyyiti qüsl və ya qüsl əvəzi təyəmmüm etmədən dəfn etmək olar.

Meyyiti tibbi kisələrin də üzərindən kəfən etmək mümkün olsa, bu edilsin. Əgər hər üç kəfən geyimi ilə kəfən etmək mümkün olmasa, meyitin bütün bədənini örtən bir parça ilə tibbi kisənin üzərindən kəfən edilsin.

Qeyri-müsəlman ölkələrində koronavirusdan ölən müsəlmanların cəsədlərinin yandırılmasına mümkün olan yerə qədər imkan verilməsin, müqavimət göstərilsin və İslam şəriəti əsasında dəfn edilsinlər.  

Müsəlman meyyitlərinin tabutda dəfn edilməsi caizdir, bu şərtlə ki, tabutda qəbirdə qoyulduğu kimi sağ tərəfi üstə və üzü qibləyə yerləşdirilsin.

Əgər mütəxəssis həkimlərin rəyinə əsasən koronavirusdan ölmüş insanların cəsədləri virusun yoluxmasına səbəb olmazsa, onların ənənəvi qayda ilə dəfn edilməsi vacibdir və dövlət rəsmiləri buna mane olmamalıdırlar.  

3887920

captcha