Səud mediaları iddia ediblər ki, bu ölkənin hava hücumundan müdafiə sistemi Ərriyadın üzərində iki ballistik raketin izinə düşüblər.
Bu məlumata görə, bir raket də Ərəbistanın cənubunda yerləşən Cizan bölgəsinin səmasında izlənilib.
Yəmən silahlı qüvvələrinin sözçüsü də bildiribdir ki, bu ölkənin hava hücumundan müdafiə sistemi Yəmən paytaxtına qarşı hava hücumu keçirmək niyyətində olan təcavüzkar səud koalisiyasının qırıcılarını qovubdur.
Səud koalisiyasının Yəmən xalq inqilabına qarşı savaşı dörd gün bundan öncə özünün altıncı ilinə daxil oldu. Ötən illər ərzində on minlərlə Yəmən vətəndaşı birbaşa və ya dolayısı ilə Ərriyadın və onun müttəfiqlərinin bu təcavüzkarlığının təsiri altında öz həyatını itiribdir.