IQNA

Jerusalem Post: “MOSSAD maska və testləri xarici ölkələrdən idxal etdi”

10:10 - April 01, 2020
Xəbər sayı: 3486997
Tehran (IQNA) - İşğal altında olan Fələstində fəaliyyət göstərən bir qəzet, Mossadın bəzi Körfəz ölkələrindən koronavirus testləri üçün dəstlər və maskalar idxal etdiyini bildirib.

İşğal altında olan Fələstində fəaliyyət göstərən bir qəzet, Mossadın bəzi Körfəz ölkələrindən koronavirus testləri üçün dəstlər və maskalar idxal etdiyini bildirib.

Jerusalem Post qəzeti öz nəşrində İsrail rejiminin kəşfiyyat xidmətinin (MOSSAD) sionist rejimi ilə rəsmi əlaqələri olmayan ölkələrdən, KOVİD-19 virusu üçün maskalar, havalandırıcılar və diaqnostika dəstləri aldığını yazır.

"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, ötən həftə, Yosi Koenin başçılığı ilə MOSSAD çox sayda maska və tibbi avadanlıq alıb, lakin təhlükəsizlik səbəbi ilə xəbərlərin bazar ertəsi gününə qədər yayımlanmasına icazə verilməmişdir.

“Jerusalem Post”un vurğuladığı kimi, koronavirusla mübarizə üçün tibbi avadanlıqlar, İsrail rejiminin rəsmi diplomatik əlaqələri olmayan ölkələrdən, o cümlədən Fars körfəzindəki ərəb ölkələrindən alınıb.

Ərəb dövlətləri milyonlarla maska və yüz minlərlə koronavirus test dəstlərini sionist rejimə satıb, halbuki özləri də xəstəlikdən əziyyət çəkir və infeksiya səviyyəsi hər gün artır.

Sionist rejimin Səhiyyə Nazirliyi işğal altındakı Fələstində koronavirusa yoluxmuşların ümumi sayının 4347 nəfərə çatdığını bildirib.

captcha