IQNA

İngitlərədə virtual Qüds günü keçiriləcək

3:18 - April 27, 2020
Xəbər sayı: 3487141
Tehran (IQNA) – Bu il "covid-19" pandemiyasının dünyada yayıldığına görə tarixdə ilk dəfə Qüds günü İngiltərədə virtual və "online" keçiriləcək.

Bu barədə Londonun İslami İnsan Haqları Komisiyasının (IHRC) informasiya portalı məlumat yayıb.

Məlumatda deyilir ki, 2020-ci ilin mübarək Ramazan ayının son Cümə günü keçirilən Qüds günü mərasimi bu il May ayının 22-də sosial şəbəkələr üzərindən canlı yayımda keçiriləcək.

Hər il dünyanın müxtəlif yerlərində milyonlarla insanın iştirak etdiyi Qüds günü yürüşü bu il koronavirus xəstəliyinə görə virtual keçiriləcək.

Mərasimdə dünyanın müxtəlif yerlərindən Fələstinə azadlı istəyən siyasi və ictimai fəallar qoşulacaq və virtual çıxışlar edəcəklər.

Bu mərasimdə Fələstin xalqının problemləri danışılacaq, Qəzzada yaşayan milyonlarla insanın koronavirus hücumu qarşısında köməksiz buraxılması və İsrailin bu pandemiyadan Fələstinə qarşı silah kimi istifadə etməsi, sionist yəhudilərin Fələstinə tibbi təchizatına girişinin qarşısını kəsməsi və digər cinayətləri işıqlandırılacaq.     

3894489

captcha