IQNA

İŞİD-in edam məsulu Samerrada ələ keçdi

11:15 - April 28, 2020
Xəbər sayı: 3487149
Tehran (IQNA) -  İŞİD vəhabi-sələfi terror təşkilatının "edam komitəsi"nin rəisi və edamların icrası ilə məşğul olan məsul şəxs İraqın Samerra şəhərində ələ keçirilib.

Bu barədə İraqın silahlı qoşunlarının hərbi informasiya komitəsi məlumat yayıb.

İraqın silahlı qoşunlarının hərbi informasiya mərkəzinin məlumatına görə, Samerrada İŞİD əleyhinə əməliyyat qüvvələri ötən gün, Bazarertəsi günü, 27 Aprel 2020, İŞİD terror təşkilatının rəhbərlərindən birini həsb edib.

Məlumatda deyilir ki, İŞİD vəhabi-sələfi terror təşkilatının "edam komitəsi"nin rəisi və edamların icrası ilə məşğul olan bu şəxs əd-Düceyl rayonu ərazisində anti-İŞİD əməliyyat qüvvələrinin qurduğu pusquya düşüb.   

3894777

Teqlər: İŞİd ، edam ، samerra
captcha