IQNA

Seyyid Həsən Nəsrullah: Səbirin nəticəsi qələbədir

11:26 - May 02, 2020
Xəbər sayı: 3487169
Tehran (IQNA) - Livan Hizbullahının baş katibi sonra deyib: Səbir, bütün yaşayışda cərəyan etməlidir və insan müsibət, xəstəlik, savaş, təcavüzkarla mübarizə və şəxsi həyatda səbirli olmalıdır.

Livan Hizbullahının baş katibi dünən gecə (1 May 2020) mübarək Ramazan ayı münasibətilə etdiyi çıxışda bu bərəkətlə dolu ayı rəvayətlərə əsasən, səbir və təmkinlilik ayı adlandırıb. Deyib ki, səbirdən danışmaq, əslində mənəvi və ruhi əhval-ruhiyyədən danışmaq deməkdir.

Seyyid Həsən Nəsrullah vurğulayıb ki, səbir, Allah-Taalanın yanında ən böyük fəzilətlərdəndir. O, deyib ki, Allah səbirliləri sevir.

Livan Hizbullahının baş katibi sonra deyib: Səbir, bütün yaşayışda cərəyan etməlidir və insan müsibət, xəstəlik, savaş, təcavüzkarla mübarizə və şəxsi həyatda səbirli olmalıdır.

Seyyid Həsən Nəsrullah bildirib ki, qiyamət günündə səbirin böyük savabı var və Allah-Taala səbirlilərə behişti və böyük azadlığı müjdə veribdir. O, deyib: Səbirin bərəkətlərindən, ilahi hidayət, qələbə, elm, təhlükəsizlik, asayiş və hiddətin sönməsidir və səbirə malikolmama və hiddətin olması məğlubiyyət, ölkənin, cəmiyyətin və sairin dağılmasına gətirib çıxarır.

Livan Hizbullahının baş katibi həmçinin bir may, fəhlə gününü təbrik edib. Bildirib ki, siyasi məsələlər barədə gələn bazar ertəsi günü söhbət edəcəkdir.

3895669

 

captcha