IQNA

Quranın təhrif edilməsi ehtimalı mümkündürmü?

18:14 - June 17, 2020
Xəbər sayı: 3487426
Müqəddəs Kitabın özündə bunu bəyan edən ayə vardır: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9).

Quranın təhrif edilməsi ehtimalı mümkündürmü? Bir halda ki, bu barədə hədislərin olduğunu deyirlər.

Qurani-Kərimin təhrif edilməsi qeyri-mümkündür. Müqəddəs Kitabın özündə bunu bəyan edən ayə vardır: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr, 9).

Doğrudur, bəzi hədislərdə və səhabələrin rəvayətlərində Quranın guya təhrif edildiyi, mətnindən bəzi ayələrin, hətta surələrin çıxarıldığı, bəzi kəlmələrin dəyişdirildiyi barədə məlumatlara rast gəlmək olar.

Bu kimi rəvayətlər bəzi müsəlman alimlərini Quranın təhrifinə inanmağa vadar etmişdir. Eləcə də, bu kimi rəvayətlər əsasında İslam məzhəbləri bir-birini Quranın təhrifinə inanmaqda ittiham etmişlər.

Quranın guya təhrif olunduğunu iddia edən hədis və rəvayətlərə həm əhli-sünnə, həm də şiə mənbələrində nadir rast gəlmək olar.

Müsəlman alimlərinin çox böyük əksəriyyətinin rəyinə görə, bu qəbildən olan hədis və rəvayətlər səhih sayılmır, onlara inanmaq olmaz.

Quran Peyğəmbərə (s) nazil olduğu şəkildə ümmətə çatdırılmış və nəsildən-nəsilə ötürülərək günümüzə çatmışdır.

Quranı sair səmavi kitablardan fərqləndirən əsas cəhətlərdən biri də onun təhrif edilməməsi və öz qüvvəsini qorumasıdır.

İslam.az

Teqlər: quran ، təhrif ، hədis
captcha