IQNA

 "Bir gün HİZBULLAH bizi yuxudan oyadacaq"

18:25 - June 23, 2020
Xəbər sayı: 3487462
Tehran (IQNA) -  Sionist İsrail rejiminin sabiq müdafiə naziri Niftali Bent deyib: "Bu qafilliyimizə görə günlərin birində HİZBULLAH döyüşçülərinin ayaq səslərinə yuxudan oyana bilərik".

Sionist İsrail rejiminin sabiq müdafiə naziri və "Yamina" partiyasının rəhbəri Niftali Bent bu sözləri deyərək İsrail rəsmilərindən Livan sərhədlərində HİZBULLAH güclərinin nüfuzunun azaldılması üçün təbdir görməsini tələb edib.

Niftali deyib: Livan sərhədlərindən Fələstin torpaqlarına keçənlərin sayı çoxalır. Mən sizə ölkənin şimalında onların (HİZBULLAH güclərinin) Livan sərhədlərindən torpaqlarımıza (işğal etdikləri Fələstin torpaqları) sızması problemi barədə xəbərdarlıq edirəm. Bu sadə və sıradan bir problem deyil. HİZBULLAH bu məsələyə xoşbindir. Biz isə bu məsələyə görə diqqətli və ayıq-sayıq olmalıyıq.

O əlavə edib: İsrailin təhlükəsizlik və müdafiə nazirlərindən istəyirəm ki, bu problemi həll etsinlər. Əks halda günlərin birində HİZBULLAH güclərinin ayaq səsləri bizi yuxudan oyadacaq. Bu böyük təhlükə uzaqda deyil. Buna görə ən tez zamanda bunun qarşısı alınmalıdır.   /3906508/

Teqlər: israil ، livan ، hizbullah ، fələstin ، sərhəd
captcha