IQNA

OXFAM: “Gündə 12 min insan aclıqdan ölə bilər”

9:55 - July 11, 2020
Xəbər sayı: 3487597
OXFAM beynəlxalq yardım təşkilatı tərəfindən aparılan bir araşdırma, bu il koronavirusla əlaqədar yaranmış aclığa görə cari ilin sonunda gündə 12000 insanın ölə biləcəyini göstərib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) "deyerler"ə istinadən xəbər verir ki, hesabatda KOVİD-19 ilə əlaqədar artan qlobal aclıqdan ölənlərin sayının xəstəlikdən ölənlərin sayından çox ola biləcəyi vurğulanıb.

Hesabatda, həmçinin epidemiyaya görə milyonlarla insanın aclığa məruz qaldığı, sərhədlərin bağlanmasının, küçəyə çıxmaq qadağalarının və səyahət məhdudiyyətlərinin onsuz da çətin vəziyyətdə olan ölkələrdə tədarük zəncirlərini pozduğu və gəlirlərin azalmasına səbəb olduğu vurğulanıb.

Hesabata görə, epidemiya səbəbindən Əfqanıstanda daha bir milyon insan aclıq həddinə çatıb. Sentyabr-may aylarında ölkədə aclıq ərəfəsində yaşayan insanların sayı 2,5 milyondan 3,5 milyona qədər artdıb. Əhalinin üçdə ikisinin qida əldə etmək imkanının məhdud olduğu Yəməndəki humanitar böhranın da dərinləşdiyi bildirilir.

OXFAM Əfqanıstan və Yəmən ilə yanaşı, Konqo Demokratik Respublikası, Venesuela, Sahel, Efiopiya, Sudan, Cənubi Sudan, Suriya və Haitidə getdikcə artan aclıq problemi ilə qarşılaşacaq ölkələr olduğunu bildirib.

Teqlər: oxfam ، aclıq ، xəstəlik ، yəmən ، suriya ، raxin ، afrika ، Əfqanistan
captcha