IQNA

Bolnisidə yeni müasir muzey açıldı

10:58 - July 23, 2020
Xəbər sayı: 3487712
Gürcüstan Milli Muzey Xidmətinin məlumatına görə, yeni açılan müzey Kvemo Kartli regionunun təhsil, turizm və elmi-araşdırma mərkəzidir.

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Bolnisi şəhərində daha bir yeni muzey açılıb.

Gürcüstan Milli Muzey Xidmətinin məlumatına görə, yeni açılan müzey Kvemo Kartli regionunun təhsil, turizm və elmi-araşdırma mərkəzidir.

Qeyd edilir ki, beynəlxalq standartlara cavab verən muzey binasının daimi ekspozisiyası, həmçinin müvəqqəti sərgi məkanı da var.

Orada Kvemo Kartlinin tarixi, regionun unikallığı və onun təbii zənginliyi nümayiş etdiriləcək.

Muzey əsasən yerli məktəb şagirdləri üçün nəzərdə tutulacaq, burada hətta müxtəlif mövzulu məktəb dərsləri də keçiriləcək.

 

Teqlər: gürcüstan ، bolnisi ، muzey ، eksponant
captcha