İraqın hər yerindən gələn Ərbəin zəvvarları Kərbəlaya yola düşməzdən əvvəl Müqəddəs Kufə məscidini və Səhlə məscidini ziyarət edir və buradan “Eşq karvanı”na qatılırlar.
Kufə məscidində Ərbəinlə bağlı hazırlıqlar tamamlandığı üçün müqəddəs məscidə zəvvarların buraxılmasına başlanılıb.
Məsciddə koronavirus pandemiyası ilə bağlı sağlamlıq qaydaları və təlimatlarına tam riayət olunur.
Məscid ətrafında gündə 3 dəfə olmaqla zəvvarlara ehsan süfrələri təşkil olunur. Zəvvarların yola düşməzdən əvvəl istirahət etmələri üçün də çadırlar hazırlanıb. /deyerler/