IQNA

İran Qarabağla bağlı razılaşmanı alqışlayıb

8:41 - November 11, 2020
Xəbər sayı: 3488594
Rəsmi Tehran Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı razılaşmasını alqışlayır. Bu barədə İranın prezident administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib.

İran Qarabağla bağlı razılaşmanı alqışlayıbRəsmi Tehran Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı razılaşmasını alqışlayır. Bu barədə İranın prezident administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib.

“İran Rusiyanın Azərbaycanla Ermənistan arasındakı vasitəçilik rolunu və atəşkəsi alqışlayır. Hər iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməsinin və bütün vətəndaşların hüquqlarını təmin etməsinin zəruriliyini vurğulamağa davam edirik”, - o, tvitter hesabında yazıb.

Onun fikrincə, münaqişə tərəfləri beynəlxalq normalara əməl etsələr, danışıqlar və siyasi yol bu böhrana son qoya bilər.

M.Vaezi razılaşmanın həyata keçiriləcəyinə ümidvar olduğunu da bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı kapitulyasiyaya məcbur edib. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzalayıblar.

Teqlər: tehran ، bakı ، qarabağ ، rusiya
captcha