IQNA

Kenterberi muzeyində Kəşmir Quranə sərgiləndi

23:48 - December 15, 2020
Xəbər sayı: 3488862
Tehran (IQNA) -  Yeni Zelandiya Kraystçerç şəhərinin Kenterberi muzeyində İslami mədəniyyət və incəsənət əsərləri sərgiyə çıxarılıb.

Tehran (IQNA) -  Yeni Zelandiya Kraystçerç şəhərinin Kenterberi muzeyində İslami mədəniyyət və incəsənət əsərləri sərgiyə çıxarılıb.

Muzeydə sərgiyə çıxarılan komponentlərdən biri də miladın 1700-ci ilində yazılmış və İslami "təzhib" metodu ilə dizayn edilmiş Quran nüsxəsidir.

Kenterberi muzeyinin "Məscid: din, mədəniyyət və cəmiyyət" devizi və İslam dininin cəmiyyətə çatdırılması hədəfi ilə keçirilən sərgidə nümayiş olunan bu nüsxəni Kəşmirin müsəlman incəsənət ustaları ərsəyə gətiriblər.

Bu şəhərdə yaşayan müsəlmanların həmkarlığı ilə keçirilən sərgidə ziyarətçilərə məscidin İslam dinində yeri, məscidin insanların dini həyatının mərkəzi kimi rolu, insanların məlumatlarındırılmasında və dini ayinlərin onlara öyrədilməsində əhəmiyyətindən danışılıb.

Sərgidə Suriyalı rəssam Vəhab əl-Həriri ər-Rifainin (1914-1994) dünya məscidlərindən hazırladığı 33 rəsm əsəri də sərgilənib. /3940982

نمایش قرآن کشمیری در موزه «کانتربری» نیوزیلند

 

captcha