IQNA

Məzarı Məşhəddə yerləşən Piri-palanduz kimdir?

21:46 - December 23, 2020
Xəbər sayı: 3488912
“Piri-palanduz”, yəni palantikən qoca XVII əsrdə Məşhəddə yaşamış Şeyx Məhəmməd Karəndeyi adlı bir övliyanın ləqəbidir. O, zəhəbiyyə təriqətinin şeyxi idi.

“Piri-palanduz”, yəni palantikən qoca XVII əsrdə Məşhəddə yaşamış bir övliyanın ləqəbidir. Şeyx Məhəmməd Karəndeyi Məşhəd şəhərinin kəndlərindən birində doğulmuş, əxlaq və irfanda yüksək məqama çatmışdı.

O, zəhəbiyyə təriqətinin şeyxi idi.

Öz əlinin zəhməti ilə, palan tikməklə dolanırdı.

Şeyx Məhəmmədin kəramətləri barədə bəzi rəvayətlər danışılır.

Bu rəvayətlərə görə, o, Səfəvilər dövrünün məşhur din alimi Şeyx Bəhai ilə müasir olmuş, onunla görüşmüşdü.

Şeyx Məhəmmədin miladi təqvimlə təqribən 1577-ci ildə vəfat etdiyini, Şeyx Bəhainin isə 1547-ci ildə doğulduğunu nəzərə alsaq, bu görüş Şeyx Bəhainin gənclik illərinə təsadüf etmişdir.

Bəzi tarixi məlumatlara görə, Piri-palanduz Şeyx Bəhainin və böyük arif, təfsirçi, hədisçi Feyz Kaşaninin müəllimi Şeyx Məhəmməd Mömin Astarabadinin ustadı olmuşdur.

O. 1577-ci ildə dünyasını dəyişmiş və İmam Rza (ə) hərəminin şimal-şərqindəki məqbərədə dəfn edilmişdir. Məzarı ziyarətgahdır.  / emamzadegan

 

captcha