IQNA

Tacikistanda məscidlər açılır

12:08 - January 23, 2021
Xəbər sayı: 3489119
Tacikistanda profilaktika və koronovirusla mübarizə komissiyası ölkənin bütün səlahiyyətli orqanlarına məscidlərin camaat namazlarına açılması üçün hazırlaşmağı tapşırıb.

Tacikistanda profilaktika və koronovirusla mübarizə komissiyası ölkənin bütün səlahiyyətli orqanlarına məscidlərin camaat namazlarına açılması üçün hazırlaşmağı tapşırıb.

Vəziyyətdə kəskin dəyişiklik baş verməyəcəyi təqdirdə məscidlər dindarları fevralın 1-dən qəbul edəcək.

Xatırladaq ki, Tacikistanda məscidlər 2020-ci il martın 4-dən etibarən bağlanıblar. Müvafiq qərarı Respublika komissiyası COVID-19 infeksiyasının yayılması ilə əlaqədar qəbul edib.

Bu qərardan 2 həftə sonra ibadət ocaqları qısa müddətə açılsa da, sonradan pandemiyanın genişlənməsi yenidən məscidlərin bağlanması ilə nəticələnib. /SuputnikTacikistan

captcha