IQNA

İsveçdə müsəlmanların məktəbini yandırdılar

12:03 - March 15, 2021
Xəbər sayı: 3489457
"Salam School" adlanan məktəbin müdiri deyib: Məktəbin idarə heyəti təhsil ocağını yandıran iki naməlum şəxsi nəzarət kameralarının videolarında görüblər.

Tehran (IQNA) - Naməlum şəxslər İsveçin Örebro şəhərində müsəlman şagirdlərin təhsil aldıqları məktəbi yandırıblar.

"Salam School" adlanan məktəbin müdiri deyib: Məktəbin idarə heyəti təhsil ocağını yandıran iki naməlum şəxsi nəzarət kameralarının videolarında görüblər.

Məktəb həmin videomaterialı istintaqın gedişinə kömək üçün İsveç polisinə təhvil verib.

Örebro şəhərinin müsəlmanlara məxsus məktəbinin direktoru deyib: Nəzarər kameralarının videosunda iki nəfər maskalı şəxsin şüşələri sındıraraq məktəbənin daxilinə yandırıcı maddələr atdığı müşahidə edilir.

O əlavə edib ki, hadisə səhər saatlarında və şagirdlərin məktəbdə olmadığı bir vaxtda baş verib. Buna görə də hadisə zamanı heç bir şagird və ya işçiyə zərər dəyməyib. / iqna

 

captcha