Beynəlxalq Livan Müqaviməti Alimlər Birliyinin sədri Şeyx Mahir Hamud İmam Xomeyninin vəfatının ildönümü münasibətilə danışıb.
O vurğulayıb ki, İmam Xomeyni başda Fələstin və Qüds olmaqla, yeni mübarizə yolu başladıb.
"Qərb ölkələri bildirdi ki, İslam İnqilabının arxasında olan lider böyük bir işə imza atıb. Bu səbəblə də İran İslam Respublikası hələ də təzyiqlərə məruz qalır", - deyə Şeyx Mahir Hamud diqqətə çatdırıb.
Şeyx Mahir Hamud qeyd edib ki, lakin illərdir sanksiyalara baxmayaraq, İran İslam Respublikası gücünü heç bir halda itirməyib.