IQNA

Efiopiyada 400 min insan aclıqdan əziyyət çəkir

10:05 - July 04, 2021
Xəbər sayı: 3490202
BMT rəsmiləri Efiopiyanın Tiqray bölgəsindəki döyüşlərin aclığa səbəb olduğunu açıqlayıb. Hərbi qarşıdurmanın yaratdığı aclığın 400 mindən çox insanı əhatə etdiyi bildirilir.

BMT rəsmiləri Efiopiyanın Tiqray bölgəsindəki döyüşlərin aclığa səbəb olduğunu açıqlayıb.

Hərbi qarşıdurmanın yaratdığı aclığın 400 mindən çox insanı əhatə etdiyi bildirilir.

BMT Təhlükəsizlik Şurasının üzvləri bölgədə təxminən 33 min uşağın ağır şəkildə qidalanma problemi yaşadığını bəyan edib. Yerli rəsmilər isə 8 ay davam edən silahlı qarşıdurmadan sonra 1.8 milyon insanın aclıq həddində olduğunu söyləyir.

Qeyd edək ki, "Tiqray Xalq Qurtuluş Cəbhəsi" silahlıları ilə Efiopiya silahlı qüvvələri arasında gedən döyüşlər artıq minlərlə insanın həyatına son qoyub, 2 milyondan çox sakin isə qaçqın həyatı yaşayır. /giperssilka

 

Teqlər: Həbəşistan ، efiopiya ، aclıq
captcha