IQNA

Misrli cavan pandemiya dövründə Quranı kitabət etdi

7:28 - October 10, 2021
Xəbər sayı: 3490932
Misrli cavan Əhməd Nəbəvi koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər və təhsilin tətil edilməsi fürsətindən istifadə edərək Qurani-Kərimi kitabət edib.

IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrli cavan Əhməd Nəbəvi koronavirus pandemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlər və təhsilin tətil edilməsi fürsətindən istifadə edərək Qurani-Kərimi kitabət edib.

Misrin Mənufiyyə əyalətinin Əşmun şəhərinin Məlic kənd sakini olan Əhməd Nəbəvi təhsil ocaqlarının tətil edilməsini yeni bir fürsətə çevirərək Quranı əl ilə yazıb.

Əhməd Nəbəvi "kiv"lərə açıqlama verərək deyib: Mən iftixr edirəm ki, İlahi vəhyi öz xəttim ilə yaza bildim. Ümid edirəm ki, Quran Qiyamət günü mənə şəfaətçi olacaq.

Mənufiyyə əyaləti universitetinin mühəndislik fakültəsinin tələbəsi olan Əhməd əvvəlcə Ayətəl-Kursinini, sonra isə Mülk surəsini kitabət edib.

O bildirib ki, Ayətəl-Kürsini tablo üzərinə kitabət etməsi 343 saat zaman alıb. Mülk surəsini isə 400 saata yazıb. / iqna / 4003442

جوان مصری و فرصت کتابت قرآن در روزهای کرونایی

captcha