İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadla xəbər verir ki, “Alulbeyt”in İstanbuldakı mərkəzində Ayətullah Sistaninin Rusiyadakı təmsilçisi və “Alulbeyt Rusiya”nın müdiri Şeyx Məhəmədəli Mosulinin anım mərasimi keçirilib.
Mərasimdə “Alulbeyt Alimlər Birliyi”nin sədri Şeyx Əliəkbər Yurdsevən çıxış edib və Şeyx Mosulidən danışıb.
Quran qariləri mərhumun ruhuna ayələr tilavət ediblər.
Tədbirdə ruhanilər və dindarlar iştirak ediblər, sonda ehsan süfrəsi qurulub.