"İQNA", xəbər verir ki, bu bayram 14 fevral 2022-ci il bazar ertəsi, İsveç vaxtı ilə saat 19:00-da İmam Əli (ə) İslam Mərkəzinin toplantı zalında keçiriləcək. Əhli-beyt (ə) aşiqləri bu mərasimdə iştirak edəcəklər.
Bu bayram mərasiminin keçirilməsində məqsəd Həzrət Əlinin örnək şəxsiyyətini, onun həyat tərzini tanıtmaq və ataların böyük məqamını qeyd etməkdir.
Mərasimdə höccətül-islam vəl-müslimin Məhəmməd Rəzəvirad çıxış edəcək. Əhli-beyt (ə) məddahı Mövlayi də məddahlıq edəcək.