IQNA

Bruney Quran Müsabiqəsi dördüncü dəfə keçiriləcək

22:48 - February 14, 2022
Xəbər sayı: 3491741
Gələn ay Bruneydə yaşı 40-dan yuxarı olan insanlar arasında dördüncü dəfə Qurani-Kərimin tilavəti üzrə müsabiqə keçiriləcək.

"İQNA", "Bruney Boltin"-ə istinadən xəbər verir ki, Bruneyin 38-ci Milli Günü ilə eyni zamanda bu ölkədə 40 yaş və yuxarı kişilər və qadınlar arasında dördüncü Quran tilavəti müsabiqəsi keçiriləcək.

Bu yarışlar Dini İşlər Nazirliyinin Məscid İşləri İdarəsi və Məhəmməd Camal Əl-Aləm Məscidi Komitəsinin üzvlərinin birgə təşkilatçılığı ilə keçirilir. Bu yarışlar martın 5-dən 7-dək keçiriləcək.

Qeyd edək ki, Bruneydə qardaşlıq və birliyi gücləndirmək məqsədi ilə hər il 30-dan çox Quran hifzi və qiraəti yarışları keçirilir.

4035935

Teqlər: quran ، müsabiqə ، tilavət ، qiraət ، hifz
captcha