"İQNA", "Business World"-ə istinadən xəbər verir ki, Fevralın 13-ü bazar günü başlayan sərgiyə halal sertifikatı olan bir çox qida istehsalçısı qatılıb.
Filippin və Malayziya kimi Şərqi Asiya ölkələrindən olan bu istehsalçıların çoxu sərgidə iştirak edib.
Yarmarkada nümayiş etdirilən məhsullar arasında bitki mənşəli qidalar, emal olunmuş dəniz məhsulları, meyvə-tərəvəzlər, dondurulmuş yerli qidalar, əriştə, qəhvə, kakao, ədviyyatlar olub.
Bu sərgi fevralın 17-nə qədər davam edəcək.
4036296