"İQNA", xəbər verir ki, bu Quran 30 cüzdən ibarətdir və onun orijinal əlyazması Taypeydə saxlanılır.
Bu Quran məhdud sayda (təxminən min nüsxə) çap olunaraq Çindəki müsəlmanlar arasında hədiyyə olaraq paylanılıb.
Quranın bu versiyasında ayələrin və mövzuların tam mündəricatı var. Sonda Quranın bəzi sözlərinin mənalarının Çin dilində təfsiri də var.
Deyilir ki, tərcüməçi Hacı Əbdür-Rəhman Çan Ci Təvan Quranın bu nüsxəsini Çin İslam Assosiasiyasının o zamankı prezidenti Şeyx Xalid Ticuya hədiyyə edib.
4055510