IQNA

Peyğəmbərlik və imamət məqamı arasındakı fərq

13:24 - August 09, 2022
Xəbər sayı: 3492697
“Bəqərə” surəsinin 124-cü ayəsində Allah-taala İbrahimə (ə) buyurur: “Biz səni yer üzündə imam təyin etdik ki, bu da İbrahimin imamətinə işarə edir. Bu məsələ onun nübüvvət məqamından sonra imamətə çatdığını göstərir. Bu o deməkdir ki, İmamın elmi və idrakı Peyğəmbərdən qat-qat yüksəkdir.

"İQNA" xəbər agentliyinin səyləri və əməkdaşlığı ilə Məhərrəm ayı münasibəti ilə “Aşura haqqında düşüncə” nitq dərsi İngiltərə İslam Mərkəzinin studiyasında hazırlanmışdır. İngiltərə hövzəsinin daxili müdiri Höccətül-İslam vəl-müslimin Şeyx Mirzə Abbas, nübuvvət və imamət məqamı arasındakı fərqlə bağlı bəzi məqamları gündəmə gətirib. Onun ifadələri ingilis dilində və farsca altyazıyla verilmişdir. Onun mətni belədir:

Müzakirəmiz mərifət və anlayışın artırılmasına yönəldiləcək. Dediyimiz kimi, bir hərəkət var və biz bu hərəkətın mürəkkəbliyini anlamağa çalışırıq. Bu gün yaradılışın başlanğıcı haqqında bir az fikirləşmək istərdik.

Allah hədis-qüdsi də buyurur: “Həqiqətən, Mən gizli bir xəzinə idim, ona görə də insanı yaratdım ki, tanınam”. Deməli, yaradılışın mahiyyəti bilmək və dərk etməkdir. Allah tanınmaq istəyirdi ki, biz Onu yaradan kimi tanıya bilək. Maddi reallıqda hərəkətin yanında sahib olduğumuz şey mərifətdir.

Allah Adəmi (ə) yaradanda mələklərə cavab olaraq “Mən sizin bilmədiklərinizi bilirəm” deyə açıq şəkildə işarə etmişdir. Allahın bildiyi o idi ki, Adəm (ə) mələklərin xəbərsiz olduğu şeyləri bilirdi. Deməli, mələkləri Adəmə (ə) səcdə etməyə vadar edən onun elmi və dərrakəsidir. Buna görə də dərk etmək və bilmək məsələsi bəşəriyyətdə çox əsaslı və təbii məsələ hesab olunur. Buna görə də kiçik uşaqlar uşaqlıqdan fərqli şeyləri və məsələləri anlamağa çalışırlar.

Deməli, burada elm Adəmə (ə) verilmişdir. Bu elm ilahi adlarla bağlı eyni elm idi. İndi sizə güc verən adı biləndə onun haqqında məlumatınız var.

Mən kimisə tanıyıramsa və onu adı ilə çağırıramsa, deməli, mənim o adla bağlı bir növ qəyyumluğum var. Məsələn, mən deyəndə: “Zeyd! Bura gəl” Bu, Zeydin adını bilmək deməkdir və eyni zamanda Zeydin nə edə biləcəyini ifadə edir. Bu da mənə vilayət verir.

Adəm (ə) adları öyrəndikdə bütün məxluqat üzərində vilayət tapdı və onların xəlifəsi oldu. Deməli, insanın elmi və mərifəti artdıqca, onun vəlayətinin qüdrəti bir o qədər çox olar. Onun vilayəti daha da dəyərli olar və İmam kimi tanınar.

Bu sözlə nə demək istəyirəm? Quranda və “Bəqərə” surəsində Allah-taala İbrahim (ə) haqqında buyurur ki, biz İbrahimi (ə) kəlmələrlə imtahan etdik. “Bəqərə” surəsinin 124-cü ayəsində Uca Allah “Səni yer üzündə imam təyin etdik” deyir ki, bu da İbrahimin imamətinə işarədir.

İbrahimin (ə) imamətinə işarə etmək onun nübüvvət məqamından sonra imamətə çatdığını göstərir. Bu o deməkdir ki, İmamın elmi və idrakı Peyğəmbərdən qat-qat yüksəkdir.

Buna görə də ilk peyğəmbərlər imam kimi tanınır. Deməli, İbrahim (ə) imam kimi tanındıqda onun dəyəri, elmi və səlahiyyəti daha yüksək səviyyəyə qalxır və imam olur. Həmçinin xüsusi bir bəsirətə nail olur.

Buna görə də deyirlər: “İbrahim (ə) Şərqdə və ya Məğribdə kafir olan və ya Allaha səcdə etməyən bir kimsəni gördükdə ondan təsirlənirdi. Çünki o baxış və idrakdan təsirlənir. Niyə? Çünki o, bu mərifətlərlə təchiz edilmişdi.

Məhərrəm ayının müzakirəsi ilə bağlı, məhərrəm ayı bu vilayəti daha dərindən dərk etmək və bilmək üçün bir fürsətdir.

4075371

captcha