"İQNA", "İjən İmic"-ə istinadən xəbər verir ki, Britaniyada bir qrup müsəlman yazıçısı tərəfindən yaradıcı yazı və islamafobiya ilə bağlı silsilə tədbirlərin keçirilməsi planlaşdırılıb. Bununla bağlı Mançesterdə iki İslam təşkilatı təlim seminarı keçirib.
Seminarı Lidsdən olan Kembric Universitetinin məzunu, 28 yaşlı Səhimə Mənzur Xan təqdim edib. O, şair, yazıçı və pedaqoqdur. Onun şerlərinin oxunması internetdə milyonlarla baxış qazanıb.
Bu il Səhimə özünün "Terrora düçar olmaq: İslamofobiyanın kökünü kəsmək" adlı qeyri-bədii kitabını nəşr etdi. Onun kitabı müsəlman fəallar tərəfindən böyük rəğbətlə qarşılanıb.
O dedi: "Mən islamofobiya və irqçilik haqqında tənqidi düşüncəyə inanıram və çoxlu yazı seminarları keçirirəm".
O, sözünü belə davam etdirib: "11 sentyabrdan sonra islamafobiya artıb. Anlamaq lazımdır ki, biz islamafobiyadan danışarkən qəflətən baş verən hadisələrdən danışmırıq. Söhbət əslində gündəlik həyatımıza sızmaq üçün planlaşdırılmış bir sistemdən gedir.
O, bildirib ki, müsəlman yazarların etməli olduğu ilk şey tənqidi suallar verməkdir.
4092707