IQNA

“Məhəmməd” adı bu şəhərin ən məşhur adı oldu

16:49 - March 06, 2023
Xəbər sayı: 3493804
“Məhəmməd” adı İrlandiyanın Holvey şəhərində 2022-ci ildə yeni doğulan uşaqlara ən çox verilən ad olub.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, adıçəkilən irland şəhərində əvvəllər ən məşhur adlar “Liam” və “Maykl” idisə, 2022-ci ildə doğulan uşaqlar arasında “Məhəmməd” adı “Liam” və “Maykl”ı geridə qoyub.

Qeyd edilib ki, sözügedən şəhərdəki müsəlmanların sayı stabil şəkildə artmaqdadır.

captcha