IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 4

Yaxşı danışan şəxslərin xüsusiyyətləri

21:44 - June 12, 2023
Xəbər sayı: 3494317
Tehran (İQNA) - İnsanları Allaha dəvət edən, yaxşı işlər görən və mən aləmlərin Rəbbinə təslim oldum deyən kəsdən daha sözlü kim ola bilər?

"(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” - deyən kəsdən daha gözəl danışan kim ola bilər?!" (Füssilət, 33(.

Allah bu kiçik ayədə böyük bir sirri açıqlamışdır. O da budur ki, kim bəlağətli və şirin dilli olmaq istəsə, onun yolu belədir:

Hər şeydən əvvəl insanları özünə deyil, Allaha dəvət etməlidir.

İkincisi, Allaha dəvət etməklə yanaşı, öz düzgünlüyünü və ixlaslarını göstərən yaxşı işlər görməlidirlər.

Üçüncüsü, onların bütün davranışlarında Allahdan razı olmaları və Allahın iradəsinə təslim olmaları, haqq və ədalətə tabe olmaları açıq-aşkar görülməlidir.

Müxtəlif məzhəblərə mənsub olan riyakar təbliğatçılar, dəvətçilər düzlükdən, elmdən, kamillikdən məhrum olduqlarına görə insanları özlərinə cəlb etmək üçün psixoloji hiylələrə əl atırlar: Səslərinə müxtəlif rənglər verir, sözlərini təkəbbürlü edir, sanki yuxarıdan aşağı danışırlar. Beləliklə, özlərininheç bir məsləhətə ehtiyacları olmayan kimi məsləhətlər verirlər.

Ola bilsin ki, Firon sifət iddiaçılar qısa müddət ərzində insanları özlərinə cəlb etsinlər. Onların hiylələrinə görə sözləri bəzi qəlblərə toxunsun. Lakin bu, uzun sürməz və tezliklə rüsvay olarlar.

* Ustad Hüseyn Mühyiddin İlahi Qumşeyi tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4112867

captcha