İnsanı tərbiyə etməyin üsullarından biri də onu qəbul edib bağışlamaqdır. Tövbənin bu məşhur tərifi insanları nəsihətləri daha asan qəbul etməyə, yanlış hərəkətdən üz döndərməyə və bir daha təkrarlamamağa sövq edir. Tövbə etmək və bağışlanma diləmək təkcə insanın günah işlətdiyi zaman deyil. Daha doğrusu, insan heç bir günah etmədiyi halda belə bu davranış məqbuldur. Bu barədə İmam Sadiq (ə) buyurur: Ən xeyirli dua bağışlanma diləməkdir.
Tövbə ilə bağlı qeyd edilən məqamlardan biri də budur ki, müəllim sadəcə səhvini görüb şagirdindən üz çevirməməlidir. Əksinə, ona səhvini başa salmalıdır. Bəzən insan səhv bir iş görür, amma bunun səhv olduğunun və bunun mənbəyinin insan cəhaləti olduğunun fərqində olmur. Tərbiyəçinin birinci vəzifəsi şagirdə səhvi başa salmaqdır. Müəllim bunu edəndə şagird onu düzəltmək ehtiyacı hiss edir və həmişə həmin səhvi təkrar etməməyə çalışır. Tərbiyəçinin ikinci işi onun üzr istəməsini və tövbəsini qəbul etməkdir. Bu edilməsə, bunun tərbiyəvi təsiri olmayacaq.
Həzrət İbrahim (ə) böyük və ilhamverici peyğəmbərlərdən biri kimi Uca Allaha yaxınlaşmaq üçün bu üsuldan istifadə etmişdir:
Əllamə Təbatəbai bu ayədə İbrahim və İsmayılın tövbə etmələrinin səbəbini onların Allaha yaxınlaşmaq olduğunu hesab edir.
Bu ayədə tövbə “qayıtmaq” mənasında işlənmişdir:
«قَدْ كاَنَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فىِ إِبْرَاهِيمَ وَ الَّذِينَ مَعَهُ إِذْ قَالُواْ لِقَوْمهِمْ إِنَّا بُرَءَ ؤُاْ مِنكُمْ وَ مِمَّا تَعْبُدُونَ مِن دُونِ اللَّهِ كَفَرْنَا بِكمْ وَ بَدَا بَيْنَنَا وَ بَيْنَكُمُ الْعَدَاوَةُ وَ الْبَغْضَاءُ أَبَدًا حَتىَ تُؤْمِنُواْ بِاللَّهِ وَحْدَهُ إِلَّا قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَ مَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِن شىْءٍ رَّبَّنَا عَلَيْكَ تَوَكلّْنَا وَ إِلَيْكَ أَنَبْنَا وَ إِلَيْكَ الْمَصِير»
"İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahimin öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəyəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur)!” -deməsi istisnadır (bunda sizin üçün örnək yoxdur). (Onlar həmçinin belə demişdilər:) “Ey Rəbbimiz! Biz ancaq Sənə təvəkkül etdik, tövbə edib ancaq Sənə tərəf qayıtdıq. Axır dönüş də ancaq Sənin hüzurunadır" (Mümtəhənə, 4).