"İQNA", Qanadan xəbər verir ki, Qərbi Afrikada Qana şiələrinin bir çox məscidlərdə 10 günlük matəmindən sonra 29 iyul şənbə günü Qananın müxtəlif şəhərlərində, o cümlədən bu ölkənin paytaxtı Akkrada ruhanilər və İmam Hüseyn (ə) əzadarları Aşura mərasimləri keçirib.
Minlərlə şiə və İmam Hüseyn (ə) aşiqlərinin iştirakı ilə keçirilən bu mərasimdə yürüş iştirakçıları mərsiyələr oxuyaraq, sinə döyərək, Qərb ölkələrində Qurani-Kərimin təhqir olunmasını pisləyiblər.
Sonda namaz qılııb və Qana şiələrinin rəhbəri Höccətül-İslam Əbu Bəkr Kəmaləddin İmam Hüseynin (ə) Kərbəla qiyamındakı məqsədlərini izah edib. O, qərb hökumətlərinin Qurani-Kərimi təhqir etmək kimi mənfur məqsədlərinə işarə edib.
O, həmçinin Əhli-Beyt (ə) məktəbinin davamçılarını öz bacaracaqlarını artırmağa və beləliklə, Qananın ictimai, siyasi və mədəni sahələrində daha güclü rol oynamağa təşviq edib.
4159327