IQNA

İslamda zəkat / 3

İslamda zəkatın digər dinlərdən fərqi

9:22 - October 29, 2023
Xəbər sayı: 3494927
TEHRAN (İQNA) – Zəkat vermək müxtəlif dinlərdə tövsiyə edilir, lakin İslamın zəkata baxışında nəzərə alınmalı olan fərqlər var.

Qurani-Kərimin ayə və rəvayətlərinə nəzər salındıqda görünür ki, İslamda zəkat başqa ilahi dinlərdə olduğu kimi insanların yaxşılığa rəğbət göstərməsi, tamahkarlıq və xəsislikdən çəkinməsi üçün bir vəsiyyət, əxlaqi əmr və bir moizə deyil, əksinə, ilahi bir vəzifədir.

İslam dininə görə zəkatı verməmək haqq yoldan çıxmaq, onu inkar etmək isə kafirlik sayılır. İslamda zəkatın necə veriləcəyi aydın şəkildə müəyyən edilmişdir. Zəkatın toplanması İslam hökumətinin öhdəsindədir. Zəkat verməkdən boyun qaçıranlardan niyə vermədikləri soruşulacaq və əgər bu, dinin inkarına səbəb olarsa, qarşı çıxanlarla mübarizə aparılacaq.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Zəkat" kitabından götürülmüşdür.
captcha