IQNA

Qəzzada daha bir jurnalist öldürüldü!

18:45 - December 18, 2023
Xəbər sayı: 3495142
İQNA - İsrailin 7 oktyabrdan bəri Qəzzada həyata keçirdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 95-ə yüksəlib.

Qəzza zolağındakı hökumət daha bir fələstinli jurnalistin İsrailin bombardmanları nəticəsində öldüyünü açıqlayıb.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat Qaçqınlar Düşərgəsində ailəsinin evini bombalaması nəticəsində jurnalist Hənin Əl-Kaştanın həyatını itirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına hücumlarında həlak olan jurnalistlərin sayı 95-ə yüksəlib.

Media Ofisindən əvvəlki açıqlamada İsrailin “Fələstin hekayəsini açıqlanmasını susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional və beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün” Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.

Mənbə: CGTN Turk

captcha