IQNA

İşğalçı rejim daha iki jurnalisti şəhid edib

7:10 - January 08, 2024
Xəbər sayı: 3495263
İQNA - Qəzza zolağının cənubundakı Rəfah şəhərində jurnalist Mustafa Turaya və Əl-Cəzirə müxbiri Vail Əl-Dahduhun oğlu Həmzə Əl-Dahduh avtomobilə edilən hücumda şəhid olub.

Qəzza hökumətinin media bürosundan edilən açıqlamada bildirilib; “Jurnalistlər Həmzə Əl-Dahduh və Mustafa Turaya sui-qəsd cinayətini ən kəskin şəkildə qınayırıq. İşğal ordusunun jurnalistlərə qarşı davam edən bu cinayətləri jurnalistləri qorxutmaq məqsədi daşıyır və faktları ört-basdır etmək, onlara əngəl törətmək üçün uğursuz cəhddir. “Biz bütün mətbuat korpuslarını, medianı, insan haqları və hüquq institutlarını bu cinayəti pisləməyə və bu işin təkrarlanmasının qarşısını almağa, həmçinin Qəzza zolağında müdafiəsiz xalqımıza qarşı apardığı soyqırım müharibəsini dayandırmaq üçün işğala təzyiq göstərməyə çağırırıq”.

Həmzə Əl-Dahduh və Mustafa Turayanın şəhadəti ilə Qəzza zolağına qarşı davam edən müharibədə şəhid olan jurnalistlərin sayı 109-a çatıb.

captcha