Sionist rejim ordusunun Qəzzada daha bir jurnalisti şəhid etdiyi və oktyabrın 7-dən bu yana davam edən hücumlarda həyatını itirən mətbuat işçilərinin sayının 118-ə yüksəldiyi bildirilib.
Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada, Əl-Gad Televiziyasının fotomüxbiri Yezen Əz-Zuveydinin İsrailin hücumu nəticəsində həyatını itirdiyi bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrailin oktyabrın 7-dən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 118-ə yüksəlib.
Züveydinin harada və necə öldürüldüyü barədə məlumat paylaşılmayıb.