"İQNA", "Əl-Aləm" saytına istinadən xəbər verir ki, Qebreyesus Cenevrədəki görüşdə deyib: “Şəxsi təcrübəmə görə inanıram ki, müharibə həll yolu deyil, bu, yalnız daha çox nifrət, daha çox ağrı və daha çox dağıntıya səbəb olur”.
Bundan əlavə, Qebreyesus, "Yer üzündə cəhənnəmə çevrilmiş bu yerdə (Qəzzada) qapalı qalanlar sonsuz dəhşət yaşayırlar" dedi.
ÜST-ün baş direktoru Qəzzada olan 36 xəstəxanadan yalnız 9-nun qismən xidmət göstərdiyini xatırladaraq, "Qəzzada dağılmış bir səhiyyə sistemi var, şimaldakı bütün xəstəxanalar işlək vəziyyətdə deyil" deyib.
Qəzzaya həyat qurtaran tibbi ləvazimatların çatdırılmasında problemlər olduğuna diqqət çəkən Ghebreyesus, bir çox insanın uzun illər davam edəcək ruhi travma yaşadığını ifadə etdi.
“İki ölkəli” həll təklifinə toxunan ÜST-nin baş direktoru bu müharibənin sona çatacağına və vəziyyətin əsas həll yoluna gedəcəyinə ümid etdiyini bildirib.
Əl-Aləm müxbiri bəzi ailələrin yemək və su təmin etmək üçün çadırlarını satmaq məcburiyyətində qaldığını bildirərək, sərt hava şəraitinin və xüsusilə yağışlı gecələrdə həddindən artıq soyuqluğun dözülməz vəziyyət yaratdığını vurğulayıb.
Həmçinin bildirilib ki, içməli suyun çirklənməsi səbəbindən vətəndaşlar arasında epidemik xəstəliklərin yayılması qaçılmazdır.
Qəzzada silah gücü ilə blokada altında didərgin düşən 1,9 milyon fələstinli sığınacaq, qida, təmiz su, dərman və səhiyyə xidmətləri olmadan həyatda qalmaq üçün mübarizə aparır.
4196030