IQNA

Şifa Xəstəxanasında üçüncü kütləvi məzarlıq tapıldı

10:39 - May 10, 2024
Xəbər sayı: 3495921
İQNA - Qəzzanın ən böyük tibb müəssisəsi olan Şifa xəstəxanasının ərazisində üçüncü kütləvi məzarlıq tapılıb. Səhiyyə işçiləri tərəfindən tapılan kütləvi məzarlıqdan 49 fələstinlinin cəsədinin çıxarıldığı bildirilib.

Qəzza hökuməti Qəzza xəstəxanalarında tapılan kütləvi məzarlarla bağlı yeni açıqlama verib.

Açıqlamaya görə, Qəzza zolağının ən böyük xəstəxanası olan və iki həftədir İsrail blokadası altında qalan Şifa xəstəxanasında həkim qrupları üçüncü dəfə kütləvi məzarlıq tapıb.

Yeni tapılan üçüncü kütləvi məzarlıqdan 49 fələstinlinin cəsədinin çıxarıldığı açıqlanıb.

captcha