IQNA

Qəzzada ölənlərin sayı 35 min 857-yə yüksəlib

10:13 - May 26, 2024
Xəbər sayı: 3496008
İQNA - Sionist rejim ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 57 nəfər artaraq 35 min 857 nəfərə çatıb.

Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 231 gündür hücumları ilə bağlı məlumat verilib.

Sionist İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 6 qətliam törətdiyi və bu hücumlarda daha 57 fələstinlinin həyatını itirdiyi, 93 fələstinlinin isə yaralandığı bildirilib.

İsrail ordusunun Qəzza zolağında son 10 gündə həyata keçirdiyi hücumlarda 684 fələstinlinin həyatını itirdiyi, 1232 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 35 min 857-yə, yaralıların sayının isə 80 min 293-ə yüksəldiyi qeyd edilib.

Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.

captcha